BMT: Aktiv bombardmanlar Qəzzaya humanitar yardımın çatdırılmasını mümkünsüz edir
Qəzza zolağının sakinlərinə humanitar yardımın çatdırılması İsrailin davam edən aktiv bombardmanları səbəbindən mümkün deyil.
"Operativ Media" xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.
"Qəzza zolağına humanitar yardım çatdırmaq üçün təhlükəsiz keçidə ehtiyacımız var. Aktiv bombardmanlar olduğu halda humanitar yardım və konvoylar göndərə bilmərik. Hazırda Qəzza zolağında fələstinli mülki vətəndaşlara əsas humanitar yardımın göstərilməsini təmin etmək üçün çoxtərəfli danışıqlar davam edir", - Düjarrik qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net