Menyu

Pekində 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu işə başlayıb

Əziz Əzizli
Pekində 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu işə başlayıb

Çinin paytaxtı Pekində 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu işə başlayıb.

"Operativ Media" xəbər verir ki, Çin Xalq Respublikasının ev sahibliyi etdiyi forumun açılış mərasimində bir neçə ölkənin dövlət və hökumət başçısı, yüksəkvəzifəli rəsmi şəxslər, beynəlxalq və regional təşkilatın rəhbərləri iştirak edir. “Bir kəmər, bir yol” təşəbbüsünün 10-cu ildönümünə təsadüf edən builki forumda 114 ölkədən və 30 beynəlxalq təşkilatdan ümumilikdə 4 mindən çox nümayəndə iştirak edir.

Azərbaycanı forumda energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Forumun müxtəlif mövzularda bölmə iclaslarında “Bir kəmər, bir yol” təşəbbüsü üzrə əməkdaşlıq məsələləri, habelə “yaşıl” inkişaf, rəqəmsal iqtisadiyyat, təmiz ipək yolu, dənizçilik əməkdaşlığı müzakirə olunacaq.

Teqlər:

"Pekind\u0259 3-c\u00fc \u201cBir k\u0259m\u0259r bir yol\u201d beyn\u0259lxalq \u0259m\u0259kda\u015fl\u0131q forumu i\u015f\u0259 ba\u015flay\u0131b"

Əlaqəli Xəbərlər