Fələstin-İsrail münaqişəsinin növbəti gərginləşməsindən sonra Qəzza zolağında məcburi köçkünlərin sayı 1 milyona çatıb.
"Operativ Media" nın məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi bildirib.
"Hərbi əməliyyatların başlanmasından bəri məcburi köçkünlərin sayı 1 milyona çatıb, o cümlədən 352 mindən çoxu hazırda BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin Qəzza zolağının mərkəzi və cənub hissələrində yerləşən məktəblərində sığınacaq tapıb. Təxminən 55 min nəfər digər 51 sığınacaqda yaşayır", - deyə qeyd olunub.
Həmçinin bildirilib ki, Qəzza zolağında "İki həftəlik əsas ərzaq ehtiyatı, yalnız dörd-beş günlük ərzaq mağazası qalıb".
Teqlər:
"Q\u0259zza zola\u011f\u0131n\u0131 1 milyon insan t\u0259rk edib - BMT"