Ana səhifə / Dünya / Qəzzada ölənlərə görə Türkiyədə üç günlük matəm elan olunub Qəzzada ölənlərə görə Türkiyədə üç günlük matəm elan olunub 18.10.2023, 17:04 Qəzzadakı müharibədə həyatını itirənlərlə bağlı Türkiyədə 3 günlük matəm elan olunub. "Operativ Media" xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) məlumat yayıb. Bildirilib ki, Qəzzadakı xəstəxanaya hücumla əlaqədər ölkədə matəm elan olunur. Bu barədə Prezident sərəncam imzalayıb. Sabah bir çox yerlərdə bayraqlar yarıya endiriləcək. Qeyd edək ki, Qəzzadakı xəstəxanaya dünən hücum olub. Hadisə nəticəsində 400-dən çox adam ölüb. HƏMAS və İsrail bir-birilərini ittiham edirlər. Teqlər: "Q\u0259zzada \u00f6l\u0259nl\u0259r\u0259 g\u00f6r\u0259 T\u00fcrkiy\u0259d\u0259 \u00fc\u00e7 g\u00fcnl\u00fck mat\u0259m elan olunub"