Bayden: ABŞ İsrailə qarşı təhdidlər olacağı təqdirdə boş dayanmayacaq
"İsrailin təhlükəsizliyinə yeni təhdidlər yaranarsa, ABŞ boş dayanmayacaq".
"Operativ Media" xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden İsrailə həmrəylik səfərindən sonra Təl-Əvivdə qısa çıxışı zamanı deyib.
Amerika lideri fələstinli radikalların bu hərəkətləri ilə İŞİD terror qruplaşmasının vəhşilikləri, eləcə də Holokost arasında eyniləşdirmələr aparıb.
O xatırladıb ki, Pentaqonun daha əvvəl Aralıq dənizinin şərqinə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki təyyarədaşıyan zərbə qrupunun yerləşdirilməsi və Amerikanın digər qüvvələrinin və aktivlərinin Yaxın Şərq regionunda yerləşdirilməsi barədə məlumat verilmişdi. ABŞ administrasiyası rəhbərinin sözlərinə görə, Vaşinqton belə addımları İsrailə qarşı növbəti təcavüzün qarşısını almaq və bu münaqişənin genişlənməsini əngəlləmək üçün atıb: "İsrailə hücum etməyi düşünən hər hansı bir xalqa və ya hər hansı digər düşmən aktyora mesajım bir həftə əvvəl olduğu kimi qalır: bunu etmə, bunu etmə, bunu etmə".