İsrail ordusu: Livanda üç hərbi post darmadağın edilib
İsrail ordusu İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq Livandakı üç hərbi posta zərbələr endirib.
"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Bir müddət əvvəl İsrail ordusunun əsgərləri Livandan İsrail ərazisinə tank əleyhinə raket atmağa cəhd edən terrorçuları aşkar etdikdən sonra İDF tankı Livandakı iki hərbi postu məhv edib. Bundan əlavə, İDF tank əleyhinə raketin olduğu hərbi postu da vurub", - məlumatda deyilir.
Ordu həmçinin Xar Dov ərazisinin bu yaxınlarda atəşə tutulduğunu bildirib: "İsrail ordusunun əsgərləri buna atəşlə cavab verib".
Teqlər:
"\u0130srail ordusu: Livanda \u00fc\u00e7 h\u0259rbi post darmada\u011f\u0131n edilib"