Menyu

Türkiyənin Qaziantep şəhərinə raket atılıb, 3 nəfər ölüb-YENİLƏNİB

Nərmin Qocamanlı
Türkiyənin Qaziantep şəhərinə raket atılıb, 3 nəfər ölüb-YENİLƏNİB

YPG/PKK terror təşkilatının üzvləri tərəfindən Suriyadan Türkiyənin Qaziantep əyalətinə atılan raket zərbələri zamanı ölənlərin sayı 3-ə çatıb.

"Operativ Media" xəbər verir ki, daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında raketlərdən 4-nün rayon mərkəzindəki orta məktəb və iki evə düşdüyünü deyib.

O, həyatını itirənlər arasında uşaq və müəllimin olduğunu da açıqlayıb.

***

13:17

PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış vilayətinə 4 raket atıb.

"Operativ Media"  Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri noyabrın 20-də Suriya və İraqın şimalında yeni anti-terror əməliyyatına başlayıb.

Əlaqəli Xəbərlər