HƏMAS-ın silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadaları Təl-Əvivi növbəti dəfə atəşə tutub.
"Operativ Media"nın məlumatına görə, qrupun "Telegram" kanalında yayımlanan mesajda iddia edilir ki, zərbə İsrailin Qəzza zolağına endirdiyi zərbələrə cavabdır.
Son iki saat ərzində bu, İzzəddin əl-Qəssam Briqadalarından şəhərə hücumlarla bağlı ikinci mesajıdır. Hücumun nəticələri barədə məlumat verilmir.
Öz növbəsində İsrail ordusunun mətbuat xidməti Təl-Əviv ərazisində və İsrailin mərkəzi hissəsində səslənən hava hücumu siqnalları barədə məlumat verib.