ABŞ: İsrailin özünümüdafiə hüququna istinad edilməsi zəruridir
Birləşmiş Ştatlar hesab edir ki, Fələstin-İsrail böhranı ilə bağlı qətnamədə İsrailin özünümüdafiə hüququna istinad edilməsi zəruridir.
"Operativ Media" xəbər verir ki, bu sözlərlə ABŞ-nin BMT-dəki səfiri Linda Tomas-Qrinfild Braziliya tərəfindən irəli sürülən qətnamə layihəsinin əleyhinə səs verməsinin səbəbini izah edib.
"Birləşmiş Ştatlar qətnamədə İsrailin özünümüdafiə hüququndan bəhs edilməməsindən məyusdur. Bu qətnamənin mətni əvvəlki hücumlara istinad edərək, İsrailin hüquqlarını qeyd etməli idi", - diplomat səsvermədən dərhal sonra BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.
Teqlər:
"AB\u015e: \u0130srailin \u00f6z\u00fcn\u00fcm\u00fcdafi\u0259 h\u00fcququna istinad edilm\u0259si z\u0259ruridir"