Pakistanın Quru Qoşunları komandanı Kamar Cavid Bajvanın yerinə yeni təyinat olacaq
Nərmin Qocamanlı
Pakistanda səlahiyyət müddəti noyabrın 29-da başa çatacaq Quru Qoşunları komandanı Kamar Cavid Bajvanın yerinə yeni təyinat olacaq.
"Operativ Media" Pakistan mətbuatına istinadən xəbər verir ki,Quru Qoşunları Komandanı Konstitusiyaya uyğun olaraq, Baş nazir Şahbaz Şərifin təqdimatı ilə prezident Arif Alvinin təsdiqi ilə təyin ediləcək.