Azərbaycana bu təşəbbüsə görə təşəkkür edirik.
"Operativ Media" xəbər verir ki,bu barədə Quadelupun azadlığı naminə xalq birliyinin nümayəndəsi Yakob Bisep mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Bakı Konfrasının digər müsbət tərəfi Fransa müstəmləkələrinə qarşı mübarizə aparan təşkilatların bir araya toplaşa bilməsidir.
“Hazırda mübarizə aparanların saxlanılması halı olmayıb. Lakin bu, Fransa təhlükəsizlik orqanlarının nəzarətindədir. Çünki biz Azərbaycanla təmasdayıq və artıq BMT-yə səsimizi çatdıra bilirik”, - deyə o əlavə edib.
Qeyd edək ki, sabah Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.