Menyu

"Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə hazırlıq məşqləri davam edir

"Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə hazırlıq məşqləri davam edir

Ölkəmizdə keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə hazırlıq prosesi davam edir.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, plana uyğun olaraq, döyüş təyyarələri ilə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər tapşırıqlar üzrə fəaliyyətləri məşq etdirilib.

Təlim məşqləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək dəqiqliklə yerinə yetirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər