Tikinti şirkətləri bina idarəetməsini niyə sakinlərə vermir?

admin
Tikinti şirkətləri bina idarəetməsini niyə sakinlərə vermir?

Ölkədə istismarda olan yeni tikili binaların əksəriyyətində idarəetmə hələ də tikinti şirkətlərində qalmaqdadır. MTK-lar satdıqları mənzildən götürdükləri gəlirdən əlavə illərlə də sakinlərdən pul yığırlar.

“Operativ Media” xəbər verir ki, ölkədə istismarda olan 1700-ə yaxın binanın cəmi 200-ə yaxını qanunvericiliyin tələblərinə uyğun müştərək cəmiyyət tərəfindən idarə edilir. Yəni həmin yerlərdə tikinti şirkətləri işlərini bitiriblər və idarəetməni sakinlərin ixtiyarına veriblər. 
Eskpertlər deyir ki, son illər yeni tikililərdə yaşayan sakinlərin tariflərlə bağlı şikayətləri artıb. Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyir ki, problemin əsas səbəbi vətəndaşların hüquqlarını bilməməsi və tikinti şirkətlərinin daha çox qazan güdməsidir.

“Burada məqsəd sadəcə qazanc əldə etməkdir. Bütün yaşayış komplekslərində tariflər normal tariflərdən nisbətən yuxarıdır. Tariflər qanunvericiliklə müştərək cəmiyyəti yaradılan zaman ümumi idarəetmə xərcləri müəyyən olunur və onlar qeyri-yaşayış və yaşayış sahələrinin istifadələrinin aralarında bərabər olaraq bölünməlidir”
Elnur Azadov deyir ki, qanunda kommunal xidmətlərlə bağlı tarif müəyyən olunmayıb, bunu sakinlərin özləri müəyyən etməlidirlər. Ödənişlər isə mənzilin sahəsinə uyğun hesablanmalıdır. 
“Ümumi iclas təşkil edirlər, ümumi iclaslarda idadəetmə üsulunu seçirlər və hansı xidmətləri istəyirlərsə, onları orda əks etdirirlər. Səs çoxluğu ilə qərar qəbul edirlər. Buna uyğun olaraq öz yaşayış komplekslərini idarə edirlər. Yaxşı olar ki, bu sahədə yerli icra orqanları aktiv olsun. Ona görə ki, böyük yaşayış komplekslərində məsələn əgər burda bir neçə blokdan ibarətdirsə, mülkiyyət sahiblərinin bir ərsəyə toplanması, ümumi açıq iclas keçirməsi, demək olar ki, mümkün deyil. Bundan sui-istifadə edən şəxslər qapı-qapı gəzərək imzalar toplayırlar və idarə heyətlərini təyin edirlər. Və bu demək olar ki, bu əbədi qalir. Problemdən çıxış yollarının biri də binalarda idarəetmə formasının təyin edilməsinin ASAN xidmət mərkəzlərinə verilməsidir”

Digər xəbərlər