Menyu

Yeni tikililərdə mənzil alanlar necə aldadılır?

Yeni tikililərdə mənzil alanlar necə aldadılır?

Yeni tikilidən mənzil alan vətəndaşlar bir çox hallarda mənzilin sahəsi ilə bağlı problemlə qarşılaşırlar. Beləki alqı-satqı müqaviləsində göstərilən sahə ilə real ölçü arasında fərq var. Yeni tikili binalardakı mənzillərə çıxarışların verilməsi ilə bu fərq özünü açıq-aydın göstərir.

“Operativ Media” ya açıqlama verən Muxtar Ərturan deyir ki, bu problem artıq illərdir ki, baş verir.Vətəndaşlar bir mənzildə 10-20 min manat arası uduzur.

 “Əvvəllər mənzilin sahəsinə yalnız yaşayış sahəsi əlavə edilirdi. İndi isə fərqlidir. Sanitar qovşaq, eyvan kimi yerlər alqı-satqıda hesablanmırdı.  İndi isə vəziyyət nəyinki ürəkaçan deyil,  hətta acınacaqlıdır. Divarlar, eyvan, şaxta, hətta divarların olduğu ərazi var ki, ora hər bir qonşu üçün ayrı-ayrılıqda hesablanır. Bəzi MTK-lar var ki, hətta dəhlizi də bir neçə qonşu arasında bölürlər. Əslində isə bu normal, düz hal deyil. Müqavilədə 120 kv  və ya 80 kv göstərilən ümumi sahə, yaşayış sahəsi kimi  gəlir 80, 75 , hətta 70 kv olur.

Muxtar Ərturanın sözlərinə görə, alqı-satqı müqaviləsi bağlanarkən mənzilin yalnız yaşayış üçün mümkün olan sahəsi göstərilməlidir. Çünki Əmlak Məsələləri üzrə dövlət xidmətindən çıxarış verilərkən də  yaşayış sahəsi ölçülür və müvafiq sənəd buna uyğun yazılır.

“İnsanın gəzə biləcəyi yer yaşayış yeridir. Bu isə müqavilə ilə ziddiyyiət təşkil edir. Bir çox hallarda tikilməyən mərtəbələri də satışa çıxarırlar. Tikildikdən sonra vətəndaş gedib orada ölçü aparsa ən azı 5 kv az olduğunun şahidi olacaq.  Müqavilə bağlanarkən diqqət yetirmək lazımdır ki, müqavilə ümumi sahə üçün bağlanılır yoxsa yaşayış sahəsi üçün. Ümumi sahə deyildikdə nə nəzərdə tutulur və vətəndaş buna xüsusi diqqət etməlidirlər. Hazırda bu cür satışların aparılmasında mənzil korparativləri sərbəstdirlər. Yəni onlara qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.   Boşluqdan istifadə edən tikinti şirkətləri də həm əlavə vaxt itkisinə yol vermək istəmirlər, həm də öz mənfəətlərini güdürlər. Bu isə nəticədə hər yeni tikilən  binada yüzlərlə kvadrat metr  yaşayış olmayan sahənin vətəndaşlara baha qiymətə satılmasına zəmin yaradır”

 

Teqlər:

"Yeni tikilil\u0259rd\u0259 m\u0259nzil alanlar nec\u0259 aldad\u0131l\u0131r?"

Əlaqəli Xəbərlər