Menyu

Ermənistan və Azərbaycanla növbəti Zirvə görüşünə hazırlıqla bağlı məsləhətləşmələr aparırıq - Aİ

Ermənistan və Azərbaycanla növbəti Zirvə görüşünə hazırlıqla bağlı məsləhətləşmələr aparırıq - Aİ

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan və Aİ Şurasının Prezidenti Şarl Mişelin Brüssel formatında üçtərəfli görüşü ilkin olaraq nəzərdə tutulduğu kimi, çox güman ki, ayın sonunda baş tutmayacaq.

"Operativ Media" xəbər verir ki, Aİ-nin xüsusi nümayəndəsinin mətbuat katibi Henri Dukenn deyib.

"Azərbaycan və Ermənistan son bir neçə həftə ərzində sülh danışıqlarına, xüsusən də Aİ Şurasının Prezidenti Şarl Mişelin rəhbərlik etdiyi Brüssel prosesinə sadiq olduqlarını açıq şəkildə bəyan ediblər. Biz indi Azərbaycan və Ermənistan ilə növbəti Sammitin hazırlığına yönəlmiş məsləhətləşmələr keçiririk və gözləntilərimiz odur ki, daha əvvəl razılaşdırıldığı kimi, liderlər ən erkən fürsətdə görüşəcəklər", - deyə bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl Avropa Şurasının prezidenti Şarl Mişel Brüsselin Azərbaycan və Ermənistan liderlərini oktyabrın sonuna qədər üçtərəfli görüşdə iştirak etməyə dəvət etdiyini bildirmişdi.

Teqlər:

"Erm\u0259nistan v\u0259 Az\u0259rbaycanla n\u00f6vb\u0259ti Zirv\u0259 g\u00f6r\u00fc\u015f\u00fcn\u0259 haz\u0131rl\u0131qla ba\u011fl\u0131 m\u0259sl\u0259h\u0259tl\u0259\u015fm\u0259l\u0259r apar\u0131r\u0131q - A\u0130"

Əlaqəli Xəbərlər