Menyu

Göbələkdən zəhərlənmə halları niyə baş verir?

Göbələkdən zəhərlənmə halları niyə baş verir?

Meşə göbələkləri düzgün seçilmədikdə və ya düzgün istifadə olunmadıqda zəhərlənmə hallarının baş verməsinə səbəb olur.
Bəs zəhərli göbələk ilə qida üçün nəzərdə tutulan göbələkləri necə ayırd etmək olar?
Bu barədə qida məsələləri üzrə ekspert Ağa Salamov “Operativ Media”ya açıqlama verib.
O bildirib ki, çox vaxt insanlar solğun əzvay göbələyi ilə şampinyon göbələyini səhv salırlar:
“Regionlarda insanların meşə ərazilərindən topladıqları göbələklər zəhərli ola bilər. Belə ki, onlar, əslində, şampinyon göbələyi toplamağa gedirlər, amma əvəzində zəhərli  solğun əzvayı toplamış olurlar, çünki bunlar bir-birilərinə bənzəyir. Bunu ayırd etmək üçün, ümumiyyətlə, göbələyi  göbələkdən anlayışı olan adam toplamamlıdır”.
Ekspert əlavə edib ki, göbələk turşularından da zəhərlənmə halları az deyil:
“Göbələklərdən də turşular qoyulur və onlardan da bəzən qida zəhərlənməsi baş verir. Nəzərə almaq lazımdır ki, şampinyon göbələk zəhərlənmə verən bir göbələk deyil. Buna görə də insanlar mədəni formada yetişmiş göbələk almalı və  əmtəə nişanı adı altında marketlərdə satışda olan turşulara üstünlük verməlidirlər. Ev şəraitində hazırlanan göbələk turşularından istifadədə diqqətli olmaq tövsiyə olunur”.
Sevinc İbrahimzadə

Teqlər:

"G\u00f6b\u0259l\u0259kd\u0259n z\u0259h\u0259rl\u0259nm\u0259 hallar\u0131 niy\u0259 ba\u015f verir?"

Əlaqəli Xəbərlər