Məhkumlar hansı şərtlərlə məzuniyyətə buraxılırlar?

admin
Məhkumlar hansı şərtlərlə məzuniyyətə buraxılırlar?

Azərbaycanda bir neçə məhbusa məzuniyyət verilib.
Məhbuslar bir neçə günlük məzuniyyət müddəti bitdikdən sonra cəzaçəkmə müəssisəsinə geri dönüblər və bu Penitensiar Xidmətdə ilk haldır.
Bəs məhkumların məzuniyyətə buraxılması üçün şərtlər nədir?
Bu barədə hüquqşünas Səbuhi Axundov “Operativ Media”ya açıqlama verib.
O qeyd edib ki, bununla bağlı bütün bu münasibətlər Azərbaycan Respublikasinin Cəzaların İcrasi Məcəlləsi ilə tənzimlənir:
“Məcəllənin 89.4-cü maddəsinə əsasən, ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş və ümumi rejimli cəzaçəkmə müəssisələrində, yaxud ümumi rejimli tərbiyə müəssisələrində bu Məcəllənin 113.3 və 124.3-cü maddələrinə əsasən saxlanılma şəraiti yaxşılaşdırılan məhkumlara ildə bir dəfə məzuniyyətləri vaxtı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada cəzaçəkmə müəssisəsinin müdiriyyətinin qərarı ilə ölkə daxilində olmaq şərti ilə cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara 7 günədək müddətə, lakin yola sərf olunan iki günədək müddət nəzərə alınmamaqla, qısa müddətli səfər etməyə icazə verilə bilər”.
Hüquqşünas əalvə edib ki, qanuna əsasən, əmək fəaliyyəti ilə məşğul olan məhkumlar hər il əmək qanunvericiliyi ilə müəyyən edilmiş ödənişli məzuniyyətdən istifadə hüququna da malikdirlər və bu da Məcəllənin 89.4-cü maddəsi ilə müəyyən olunur”.
Sevinc İbrahimzadə

Digər xəbərlər