Menyu

Tacikistanın müdafiə naziri "N" saylı hərbi hissəni ziyarət edib

Tacikistanın müdafiə naziri "N" saylı hərbi hissəni ziyarət edib

Ölkəmizdə səfərdə olan Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzonun rəhbərlik etdiyi nümayəndə heyəti "N" saylı hərbi hissəni ziyarət edib.

Müdafiə Nazirliyindən "Operativ Media" ya  bildirilib ki, nümayəndə heyətinə hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edilib.

Tacikistanlı qonaqlar hərbi hissədə şəxsi heyət üçün yaradılan şərait, silah və döyüş texnikası ilə tanış olub, təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyiblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.

Teqlər:

"Tacikistan\u0131n m\u00fcdafi\u0259 naziri \"N\" sayl\u0131 h\u0259rbi hiss\u0259ni ziyar\u0259t edib"

Əlaqəli Xəbərlər