
Paris Bələdiyyəsi Fransada enerjiyə qənaətlə bağlı müzakirələrin ortasında qalıb.
"Operativ Media" xəbər verir ki, böhrana baxmayaraq, şəhərin məşhur Yelisey küçəsi Milad işıqları ilə bəzədilib.
Belə ki, Enerji Böhranı səbəbiylə ölkədə küçə lampalarının sayı azaldılıb, ictimai binalarda işıqlar erkən söndürülür, Luvr muzeyi və Eyfel qülləsi kimi Parisin simvolik binalarının işıqlandırılmasına da vaxt məhdudiyyəti qoyulub.
Lakin Parisin dəbdəbəli mağazaların olduğu məşhur küçəsi Yelisey meydanının Milad işıqları ilə bəzədilməsi müzakirələrə səbəb olub.
Avropanın əksər bələdiyyələri enerjiyə qənaət tətbiq edərkən, Paris şəhəri Şamps-Elysées prospektində 400 ağacı işıqlandırıb.
Tək bir küçəni işıqlandırmaq üçün 1 milyon avro xərclənməsi reaksiya görüb.
Lakin rəsmilər işıqlandırmanın enerjiyə qənaət planına uyğun olduğunu iddia edirlər. Axşam saat 17:00-da yandırılan işıqlar saat 02:00-da yox, 23:45-də sönür.
Beləliklə, elektrik enerjisi istehlakına yüzdə 44 qənaət edilməsi hədəflənir.