http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Ən çox mülki şəxsin minaya düşdüyü Çaylı kəndi niyə ölüm keçidinə dönüb?

26 Oktyabr 2023 , 11:04
Ən çox mülki şəxsin minaya düşdüyü Çaylı kəndi niyə ölüm keçidinə dönüb?

Bu gün səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkinçilik təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlu minaya düşərək ağır xəsarətlər alıb. 3 gün əvvəl isə rayonun Çaylı kəndində minaya düşən 1996-cı il təvəllüdlü Samir Əlizadə aldığı ağır dərəcəli bədən xəsarətlərindən hər iki ayağı amputasiya edilib. 
Son bir il ərzində 3 nəfərin öldüyü, 4 nəfərin yaralandığı Tərtər rayonunun Çaylı-Suqovuşan istiqamətində  niyə tez-tez minaya düşmə halı baş verir?


“Operativ Media” xəbər verir ki, Çaylı kəndinin ərazisi Göyarx kəndindən başlayaraq, Talış kəndi və Tapqaraqoyunlaya qədər ən uzun müdafiə xətlərindən biri olub. Vətən müharibəsindən sonra sürətli minatəmizləmə əməliyyatlarının icra olunduğu ərazilərdən biridir. 

Bu ərazidə ilk minaya düşmə halı 2021 ci ilin yanvarın 28-də baş verib. 1987-ci il təvəllüdlü̈ Ələkbərov Elgün Mahmud oğlu Tərtər rayonunun işğaldan azad olunmuş̧ ərazisində traktorla yer şumlaması işləri apararkən tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində ayağında qəlpə yaraları olan, görmə məhdudiyyəti yaranan Elgün Ələkbərov hadisədən sonra bildirib ki, onun işlədiyi ərazi təmizlənmiş ərazi olub və ondan əvvəl ərazidə əkin prosesi icra olunub. Elgün Əfəndiyevin sözlərinə görə, hadisənin baş verməsinə səbəb minanın daha dərində olması və pambıq əkininin digər kənd təsərrüfatı məhsullarının əkinindən fərqli olaraq dərindən aparılması səbəbindən baş verib.

Suqovuşana gedən yol Çaylıdan keçdiyindən çox təəssüf ki, bu əraziyə qanunsuz keçid cəhdləri də məhz burdan baş verir. İkinci dəfə minaya düşən və həlak olan Yaquar Hadıyev də elə bu ərazidə mina qurbanı olub. Daxili İşlər Nazirliyinin xəbərlərində dəfələrlə bu ərazidən qanunsuz keçidlə bağlı məlumatlar yer alıb. Lakin minaya düşənlər yalnız qanunsuz yollardan  keçid edənlər deyil.  2022 ci ilin fevralın 18-də AAYDA-nın iki əməkdaşı da xidməti işlərini yerinə yetirərkən bu ərazidə minaya düşərək xəsarət aldı.

Bəs niyə Çaylı müdafiə xətti ölüm keçidinə çevrilib?
Tərtərin Çaylı kəndi ən şiddətli döyüşlərin getdiyi ərazilərdən biridir. Bu kənd Tərtərin Talış və Suqovuşan kəndinin açarı hesab edilirdi. Elə buna görə də Ermənistan tərəfi ən çox mina xəttini məhz bu ərazidə təşkil edib. Cəbrayılda müdafiə 8 mina xəttindən ibarət təşkil olunmuşdusa, burada mina xətlərinin sayı 24 -ə çatır. 
Birinci Qarabağ və İkinci Qarabağ müharibsəinin ən şiddətli döyüşlərinin getdiyi ərazilərdən biri olan Çaylı kəndi dəmir qırıntıları ilə ən çox çirkləndirilmiş sahələrdəndir. Bu isə mina axtarma fəaliyyətini çətinləşdirən amillərdəndir. Lakin çətinliklər tək bununla bitmir. Plastik minaların ,“OZM”, tələ minalarının da ən çox olduğu ərazidir. Bu ərazidən keçərək Suqovuşana çatmaq nəinki, mülki şəxs üçün bütün avadanlıqla təchiz olunmuş peşəkar mina axtaran üçün belə mümkün deyil. Lakin çox təəssüf ki, ardıcıl olaraq Çaylıdan qara xəbərlər gəlməkdədir.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı keçirilib - YENİLƏNİB

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı keçirilib - YENİLƏNİB

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

XƏBƏR LENTİ
  • 00:08

    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
  • Dünən
    23:44

    Xorvatiyada COP29-la bağlı tədbir keçirilib
  • Dünən
    23:30

    Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb
  • Dünən
    23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
  • Dünən
    22:51

    Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib
  • Dünən
    22:40

    Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
  • Dünən
    22:31

    İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb
  • Dünən
    22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
Menyu