Menyu

“Xankəndi” minifutbol komandası yaradılacaq

“Xankəndi” minifutbol komandası yaradılacaq

Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov milli komandanın sabiq futbolçuları ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, tədbirdə Əfran İsmayılov, Rəşad Sadiqov, Kamran Ağayev, Cavid Hüseynov, Rahid Əmirquliyev, Elvin Məmmədov, Ruslan Əmircanov, Cavid İmamverdiyev və Elhad Nəzirov kimi tanınmış simalar iştirak ediblər.

 

AMF-nin prezidenti Azərbaycan yığma komandasının sabiq futbolçularının minifutbola maraq göstərməsindən məmnun olduğunu bildirib. Minifutbolun ölkədə inkişafından və kütləviliyindən danışan O.Məmmədov tədbir iştirakçıları ilə söhbətləşib və onların fikirlərini dinləyib. Yekunda millinin sabiq futbolçularından ibarət “Xankəndi” komandasının yaradılmasına və minifutbol üzrə ölkə çempionatında iştirakına qərar verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər