“Qadınların həftə sonları işləməməsi təklifi gender bərabərliyinə ziddir”

admin
“Qadınların həftə sonları işləməməsi təklifi gender bərabərliyinə ziddir”

Azərbaycanda qadınların həftə sonları işləməməsi təklifi müzakirə olunur. Bu onların ailələri və uşaqları ilə daha çox vaxt keçirməsinə imkan verəcək. 

Bəs təklif edilən bu qərar balanslılığın qorunması cəhətdən nə dərəcədə düzgündür?

Bu barədə sosioloq Aynur Hacıyeva “Operativ Media”ya açıqlamasında qadınların həftə sonları işləməməsi təklifini doğru hesab etmədiyini bildirib.

Onun fikrincə, bu növ təkliflər həm qadınlar, həm də kişilər üçün keçərli olmalıdır:

“Biz sürətlə inkişaf edən dövrdə yaşayırıq və gender bərabərliyi mövzusunda müəyyən çətinliklərdən keçmişik və hətta müəyyən nailiyyətlər də əldə etmişik. Amma indi həftə sonları yalnız qadınların işləməməsi deyə bir təklif irəli sürəriksə,  öz əziyyətlərimizi təkzib etmiş olarıq. Həftə sonları işləməməklə bağlı bir sıra təkliflər irəli sürülürsə, bunun güzəştli kateqoriyalardan olan həm qadınlara, həm də kişilərə şamil olunması təqdirəlayiq olardı”.

Sevinc İbrahimzadə

Digər xəbərlər