Menyu

Orta tibb və ya əczaçılıq təhsili olanların attestasiyası həyata keçiriləcək

Orta tibb və ya əczaçılıq təhsili olanların attestasiyası həyata keçiriləcək

Orta tibb və ya əczaçılıq təhsili olan şəxslərin (işçilərin) attestasiyası həyata keçiriləcək.

"Operativ Media" nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.

Orta tibb və ya əczaçılıq təhsili olan şəxslərin (işçilərin) attestasiyasını həyata keçirmək Səhiyyə Nazirliyinin vəzifələri sırasına daxil edilib.

Qeyd edək ki, indiyə qədər nazirlik səhiyyə işçilərinin əlavə təhsili üzrə tədbirləri, qanunvericiliyə uyğun olaraq həkimlərin və əczaçıların sertifikasiyasını və digər səhiyyə işçilərinin attestasiyasını həyata keçirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər