Menyu

İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib

İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib.

"Operativ Media" nın məlumatına görə, mətndə deyilir:

"Hörmətli Kasım-Jomart Kemeleviç.

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Teqlər:

"\u0130lham \u018fliyev Qazax\u0131stan Prezidentin\u0259 ba\u015fsa\u011fl\u0131\u011f\u0131 verib"

Əlaqəli Xəbərlər