Menyu

Ermənistanın Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiyası ilə bağlı cinayət işi başladılıb

Ermənistanın Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiyası ilə bağlı cinayət işi başladılıb

Qərbi azərbaycanlılara qarşı Ermənistan tərəfindən aparılmış soyqırımı və deportasiya ilə bağlı cinayət işi başladılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorun müavini Elmar Camalov “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı mərasimində çıxışında deyib.

“Mülki əhalinin qəsdən öldürülməsi, minaların partladılması nəticəsində mülki şəxslərin öldürülməsi və ya ağır xəsarətlər alması, işğal altında olan ərazilərdə ermənilərin qanunsuz şəkildə məskunlaşdırılması kimi cinayət faktlarının istintaqı hazırda davam etdirilir. Ermənistan regionda sülhün bərqərar olmasını istəyirsə, azərbaycanlılara qarşı nifrət nitqindən imtina etməlidir”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi hesabatının təqdimatı keçirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər