22 Noyabr 2022, 20:31
Milli Məclisin nümayəndə heyəti ATƏT PA-nın payız sessiyasında iştirak edəcəklər
Milli Məclisin nümayəndə heyəti ATƏT PA-nın payız sessiyasında iştirak edəcəklər şəkil
Milli Məclisin nümayəndə heyəti ATƏT PA-nın payız sessiyasında iştirak edəcəklər

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev, deputatlar Tural Gəncəliyev, Əminə Ağazadə və Nizami Səfərov ATƏT PA-nın payız sessiyasında iştirak etmək üçün noyabrın 23-də Polşanın paytaxtı Varşava şəhərinə səfər edəcəklər.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Sessiyada hərbi münaqişələrin ATƏT regionuna təsirləri, humanitar fəlakət şəraitində əsas insan hüquq və azadlıqlarının müdafiəsi kimi məsələlər müzakirə olunacaq.

Sessiya zamanı deputatlarımız Azərbaycanla Ermənistan arasındakı münasibətlərin cari durumu haqqında çıxışlar edəcək və ölkəmizin maraqlarına aid məsələləri diqqətə çatdıracaqlar.

Noyabrın 26-da isə ATƏT PA Bürosunun iclası keçiriləcək. İclasda ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri Azay Quliyev iştirak edəcək.

Səfər noyabrın 27-də başa çatacaq.

Son xəbərlər
Suriya neft və qaz yataqlarının işlənməsində Azərbaycandan kömək istəyir
"Qalatasaray" "Bodrumspor"u əliboş yola saldı
Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
18 Aprel 2025, 23:47
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib