Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 61-yə çatıb.
***
11:25
Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 50-yə çatıb.
"Operativ Media" “TRTHaber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Mütəxəssislər yeraltı təkanların təkrarlana biləcəyini istisna etmirlər.
***
08:40
Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 35 nəfərə çatıb.
“Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.
Nazir bildirib ki, xəsarət alan şəxslərin müalicəsi davam edir.
***
07:21
Türkiyədə yerli vaxtla saat 04:08-də 5,9 maqnitudalı zəlzələ baş verib.
Zəlzələnin episentri Düzce rayonunda, ocağı isə 6,8 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar İstanbul və Ankara şəhərləri daxil olmaqla ölkənin şimal-qərbində hiss olunub.
Hazırda Düzcedə elektrik enerjisinin verilməsinin dayandırıldığı, ölkədə internet bağlantısı ilə bağlı problemin olduğu bildirilir.
"İstanbul, Tekirdağ, Kocaeli, Əskişəhər, Zonquldak, Sakarya, Biləcik, Bolu, Karabük və Bartın vilayətlərində qruplarımıza can itkisi ilə bağlı məlumat daxil olmayıb", - Türkiyənin daxili işlər naziri Süleyman Soylu qeyd edib.