23 Noyabr 2022, 11:42
Qüdsdəki partlayışlarla əlaqədar üç fələstinli həbs edilib-YENİLƏNİB 3
Qüdsdəki partlayışlarla əlaqədar üç fələstinli həbs edilib-YENİLƏNİB 3 şəkil
Qüdsdəki partlayışlarla əlaqədar üç fələstinli həbs edilib-YENİLƏNİB 3

Qüdsdə baş verən partlayışlarla əlaqədar üç fələstinli həbs edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində yaralananların sayı artıq 20 nəfərə çatıb.

***

 

11:32

Qüds şəhərində səhər saatlarında törədilmiş partlayışlar nəticəsində azı 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

"Operativ Media"nın xəbərinə görə, bu barədə İsrail KİV məlumat yayıb.

 

***

10:57

Qüds şəhərində səhər saatlarında birbirinə yaxın iki ərazidə partlayış baş verib.

"Operativ Media" xəbər verir ki, bu barədə "Jerusalem Post"məlumat yayıb.

Partlayışlar nəticəsində azı 18 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır.

***

09:56

İsrailin Qüds şəhərində avtobus dayanacağı yaxınlığında partlayış baş verib.

"Operativ Media" xəbər verir ki, hadisə nəticəsində azı 7 nəfər yaralanıb.

Hadisənin bomba partlayışı olduğu ehtimal edilir.

Son xəbərlər
Robert Kennedi ABŞ-nin Səhiyyə və Sosial Xidmətlərinin yeni katibi seçilib
Ərdoğan: İslam dünyası Trampın planlarına icazə verməyəcək
İsrail Ordusu Qəzzaya zərbələr endirib
Çin, Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirlərinin görüşü planlaşdırılır
Vardanyan Azərbaycan diplomatlarına qarşı terror aktları planlaşdırmaqda ittiham edilir
Aİ müşahidə üzvləri Qubadlı ilə sərhəddə Azərbaycan ərazilərini müşahidə etdilər
Vardanyanın məhkəməsinin növbəti iclası fevralın 17-nə təyin edilib
Müharibə gedişində öldürülən azərbaycanlıların sayı açıqlanıb