23 Noyabr 2022, 10:24
Şuşa, Tərtər, Kəlbəcər və Daşkəsən istiqamətində mövqelərimiz atəşə tutulub
Şuşa, Tərtər, Kəlbəcər və Daşkəsən istiqamətində mövqelərimiz atəşə tutulub şəkil
Şuşa, Tərtər, Kəlbəcər və Daşkəsən istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan ordusnun mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, noyabrın 22-si saat 22:15-dən noyabrın 23-ü saat 01:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bundan başqa noyabrın 22-si saat 15:48-dən 18:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri və Tərtər rayonu istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Son xəbərlər
İranda yol qəzasında 5 nəfər ölüb
Putin: Biz dollardan imtina etməmişik
Pirallahıda ölümlə nəticələnən yol qəzası baş verib
Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
Türkiyədə bina çöküb, dağıntılar altında qalanlar var - YENİLƏNİB - FOTO
Cənubi Koreya prezidentinin həbs müddəti ilə bağlı qərar verilib
İstanbul-Moskva təyyarəsi məcburi eniş edib
Çilidə güclü zəlzələ olub