Şəhid kapitan Elvin Qeybalıyevin döyüş yolu

admin
Şəhid kapitan Elvin Qeybalıyevin döyüş yolu

23 saatlıq antiterror tədbirlərinin uğurla icra edilməsi sözsüz ki, peşəkar Azərbaycan hərbçisinin şücaəti ilə reallaşdı. Belə qısa bir müddətdə düşməni diz çökdürmək üçün çətin relyef şəraitində igidlərimizi misilsiz qəhrəmanlıq göstərdilər. Belə qəhrəmanlardan biri də kapitan Elvin Qeybalıyevdir.

"Operativ Media" xəbər verir ki, 2004 cü ildən ordu sıralarında olan Elvin Qeybalıyav ömrünün 18 ilini hərb sənətinə həsr edib. Vətən müharibəsində Murovdağdan Şuşaya qədər şərəfli döyüş yolu keçmiş Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin mənsublarının yetişdirilməsində böyük rolu olmuşdur. 

Elvin Qeybalıyev 2021 ci ildə ehtiyata buraxılsa da, hərbçi həyatından ayrıla bilmir. 2022 ci ildən Komando mənsubu olaraq yenidən qoşunlara qayıdır.

Elvin Qeybalıyevin komandiri, vətən müharibəsinin əfsanə döyüşçülərindən olan, Şükür Həmidovun silahdaşı Aqşin Babayev deyir ki, Elvin çox intizamlı və peşəkar zabit idi. Aqşin Babayev Elvin Qeybalıyevin şəhid olduğu döyüşü belə xatırlayır.
"Düşmən illərdir ki, yükəklikdə mövqelənib özünə istehkam qurmuşdu. Xocavənd istiqaməti relyefin çətinliyinə görə də seçilirdi. Elvin Qeybalıyev olan heyətin tapşırığı yüksəkliyi götürüb və əldə saxlamaq idi. Heyət həqiqətən də çox əla döyüşdü. Hamısı irəliyə can atırdı. Mövqedəki düşmən heyəti məhv edilmişdi, digərləri isə qaçmışdı. Yüksəkliyin Azərbaycan ordusunun nəzarətinə keçməsi düşmən üçün çox sarsıdıcı oldu. Mövqeyə hücumlar dayanmırdı. Heyət kişi kimi döyüşərək o yüksəkliyi sona qədər saxladı. Şəhidlərimizin qanı hesabına ermənilərin anladı ki, Azərbaycan ordusu azad etdiyi ərazilərindən bir addım da belə geri çəkilməz. Elvin əla zabit idi. Əsl döyüşçü kimi xatirimdə qalacaq. Allah rəhmət eləsin"

Qeyd edək ki, Kapitan Qeybalıyev Elvin ailəli idi. 1 oğul, 3 qız övladı vətənə əmanət qaldı.

Digər xəbərlər