“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan Elvin Qeybəliyev

admin
“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan Elvin Qeybəliyev

Şəhid kapitan Qeybəliyev Elvin Ağalar oğlu Prezident İlham Əliyevin sərəncamı ilə orden və medalla təltif edilib.

“Operativ Media” xəbər verir ki, Şəhid kapitan Qeybəliyev Elvin Ağalar oğlu  hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, 2004 cü ildən ordu sıralarında olan Elvin Qeybəlıyav ömrünün 18 ilini hərb sənətinə həsr edib. Vətən müharibəsində Murovdağdan Şuşaya qədər şərəfli döyüş yolu keçmiş Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin mənsublarının yetişdirilməsində böyük rolu olmuşdur. 
Elvin Qeybəlıyev 2021 ci ildə ehtiyata buraxılsa da, hərbçi həyatından ayrıla bilmir. 2022 ci ildən Komando mənsubu olaraq yenidən qoşunlara qayıdır.

Elvin Qeybəliyev 23 saatlıq antiterror tədbirlərində də müstəsna fəaliyyəti olub. Şəhid kapitanın tapşırığı Xocavənd istiqamətində hakim yüksəkliyi götürüb və əldə saxlamaq idi. Elvin Qeybəliyevin heyəti düşməni məhv edir, digərlərini isə qaçmağa vadar edir. Ermənilər yüksəkliyi götürmək üçün nə qədər əks hücum etsələr də, buna nail ola bilmirlər. Kapitan Elvin Qeybəliyev döyüşün bitməsinə dəqiqələr qalmış mənfur düşmənin qəlpəsinə tuş gəlir. Axıra qədər döyüşən komandir son nəfəsini azad etdiyi səngərdə verir.

Kapitan Qeybalıyev Elvin ailəli idi. 1 oğul, 3 qız övladı vətənə əmanət qaldı.

Digər xəbərlər