Menyu

Gəncədə Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası təşkil olunub

Gəncədə Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası təşkil olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Günü ilə bağlı Heydər Əliyev Park-Xiyaban Kompleksində ağacəkmə aksiyası təşkil olunub.

"Operativ Media" xəbər verir ki, aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, GDU-nun rektoru, professor Yusif Yusibov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və şəhid ailələri iştirak ediblər.

Aksiya çərçivəsində simvolik olaraq 44 ədəd ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq, bu gün Gəncədə 8 Noyabr - Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər