“Toylarda bəzi qidalar var ki, eyni qida hətta bir neçə toyda təklif olunur. Amma bu çox təhlükəli addımdır”-bunu “Operativ Media” ya açıqlamasında qida eksperti Məhsəti Hüseynova bildirib.
Məhsəti Hüseynovanın sözlərinə görə, toylarda verilən qidaların keyfiyyəti qənaətbəxş olmadığından insanlarda haqlı narazılıq var.
“İnsanların restoranlardakı qidalardan narazı olmağının əsas səbəblərindən biri zəhərlənmə qorxusudur. Bununla yanaşı yemək yedikdən sonra olan narahatçılıq da insanları çəkindirir. Qarında şikinlik, ağrı, kğpün əmələ gəlməsi halı ilə rastlaşırlar. Bəzi hallarda yeməklər qarışdırılanda olur, amma əksər hallarda saxlama şəraitinə əməl etmədikdə və ya yemək köhnə olduqda bu baş verir. Kütləvi insanların olduğu məclislər aidiyyatı qurumlar tərəfindən yoxlanılmalıdır. Bununla yanaşı müəssisənin özünün keyfiyyətə nəzarət və saxlanma şəraitinə nəzarət edə biləcək şöbəsi olmalıdır. Əks halda zəhərlənmə halları baş verə bilər.
Məhsəti Hüseynova bildirir ki, toylarda bəzi qidalar var ki, eyni qida hətta bir neçə toyda təklif olunur.
“Bu qidalar adətən soyuq qəlyanaltılar şəklində təqdim olunur. Bir çox hallarda istifadə olunmayan çərəzlər də növbəti toylarda yenidən masaya qoyulur. Ən təhlükəlisi isə salatlardır ki, zəhərlənmə prosesi çox ağır baş verir. Bir çox hallarda soyuq qəlyanaltı kimi salatlar da növbəti toya saxlanılır. Amma bu çox təhlükəli addımdır. Çünki salatlardan tez-tez zəhərlənmə baş verir. Ət və süd məhsullarıdır, toyuq məhsullarıdır, kolbasa və sosiskadır, toyun sonunda gələn dondurma, tort kremləri risk qrupuna daxil olan qidalardır. Bəzən də dəniz məhsulları və balıq kürülürədiri ki, saxtasından istifadə edilir. Quş yumurtalarından hazırlanan salatlar açıq şəkiləd saxlanılmadıqda temperaturuna nəzarət edilmədikdə tərkibində mikrobioloji dəyişikliklər baş veri və tərkibi pozulur.
Ekspertin sözlərinə görə, bəzi qidalar var ki, zəhərlənmə ilə özünü göstərməsə də, maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır.
“Əgər toylarda mövsümü tərəvəzlərin salat olmalıdır yeni bişirilmiş yeməklərə üstünlük verilməlidir. Buğlamadır, bozbaşdır, təbii farşdan hazırlanan qidalardır ki, əvvəlcədən hazırlanan qidalar olduğundan zəhərlənmə verə bilər. Eyni zamanda bir növ heyvan əti yemək lazımdır. Meyvə qəbul edəcəklərsə yeməkdən ya öncə olmalıdır ya da bir saat sonra olmalıır. Yeməklərədn sonra gələn tort dondurma isə həzmi ağırlaşdırır. Qəbul etməsələr daha yaxşı olar”