24 Noyabr 2022, 11:46
İranda baş verən silahlı hücümlarla bağlı 70 nəfər saxlanılıb

Noyabrın 16-da İranın Xuzestan və İsfahan əyalətlərində baş verən silahlı hücumlarla bağlı 70 nəfər saxlanılıb.
"Operativ Media" "Tasnim"ə istinadən xəbər verir ki, Xuzestanın baş hakimi Əli Dehkani noyabrın 16-da İze bölgəsində 7 nəfərin həyatını itirdiyi silahlı hücumla bağlı 61 nəfərin saxlanıldığını bildirib.
Dehkani saxlanılanlardan 54-nün həbs olunduğunu açıqlayıb.
Digər tərəfdən, İsfahan Baş Ədliyyəsi Əsedullah Caferi eyni gündə İsfahan əyalətində baş verən və biri polkovnik də daxil olmaqla 3 mühafizəçinin öldüyü silahlı hücumla əlaqəli olduqları səbəbiylə 9 nəfərin həbs edildiyini bildirib.