Menyu

DSX-nın hərbi qulluqçusu vəfat etdi

DSX-nın hərbi qulluqçusu vəfat etdi
1 dəq oxu

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Salmanlı Mirhüseyn Həsən oğlu Masallı rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq 16 noyabr 2023-cü il tarixdə xəstəlikdən vəfat edib.

"Operativ Media" xəbər verir ki, bu barədə DSX-nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Əlaqəli Xəbərlər