Menyu

Zaqatalada qızılca xəstəliyi yayılıb

Zaqatalada qızılca xəstəliyi yayılıb

Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.

Bu barədə "Operativ Media"ya TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb. Ambulator xəstələrdən 8 uşaqdır, vəziyyətləri stabildir.

 

"Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (5-i uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. 9 xəstənin isə stasionar müalicəsi davam etdirilir", - deyə əlavə edilib.

Teqlər:

"Zaqatalada q\u0131z\u0131lca x\u0259st\u0259liyi yay\u0131l\u0131b"

Əlaqəli Xəbərlər