Menyu

Elm və təhsil naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 24-də Naxçıvan şəhərində vətəndaşların müraciətlərini dinləyib.

Nazirlikdən "Operativ Media"ya bildirilib ki, görüşdə Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak ediblər.

Vətəndaşlar əsasən işə qəbul, ümumi təhsil, tələbələrin köçürülməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər