Menyu

Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq məşğələləri keçirilir

Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq məşğələləri keçirilir

Şəxsi heyətin maarifləndirilməsi üzrə tədbirlər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə çöl şəraitində ictimai-siyasi hazırlıq məşğələləri keçirilir.

"Operativ Media"  xəbər verir ki, məşğələlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diplomatik fəaliyyətinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilir, həmçinin hərbi əməliyyatlarda qəhrəman hərbçilərimizin göstərdikləri igidlik və şücaət nümunələrindən bəhs edilir.

Hərbi qulluqçularla keçirilən tərbiyəvi iş və siyasi məlumatlandırma saatlarında, eləcə də asudə vaxtlarda maarifləndirici söhbətlər, fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər