http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

ÜST-ün Azərbaycandakı nümayəndəliyi əhaliyə çağırış edilib

30 Noyabr 2023 , 14:48
ÜST-ün Azərbaycandakı nümayəndəliyi əhaliyə çağırış edilib

Ümumdünya Səhiyyət Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə nümayənədlik "X" sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.

"Qızılca xəstəliyi uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqda davam edir. Qızılcaya qarşı peyvəndləmə əhatəsi 95 %-dən aşağı olduğu zaman bütün ölkələr və icmalar üçün xəstəliyin geniş yayılma riski yaranmış olur. Qızılca 5 yaşdan kiçik uşaqlar üçün daha təhlükəlidir. Bu xəstəlik onlarda pnevmoniya, ensefalit (beyin iltihabı) və ölümlə nəticələnə bilər".

ÜST-ün Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, qızılcaya qarşı peyvənd ən effektiv peyvəndlərdən biridir: "2 doza peyvənd qızılca infeksiyasının qarşısını ömürlük almaqda 97% effektivdir".

Qeyd olunub ki, 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın qızılcadan ölməsinin qarşısını alıb

OXŞAR XƏBƏRLƏR
“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

XƏBƏR LENTİ
  • 22:05

    Azərbaycan millisi İspaniyaya məğlub oldu
  • 21:53

    Paşinyan Rusiyada səfərdədir - YENİLƏNİB
  • 21:38

    MDB iclasında Ermənistan iki bəyanata qoşulmayıb
  • 21:35

    Husilər İsrail şəhərlərinə zərbələr endirib
  • 21:23

    İsrailin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib
  • 21:17

    Baş nazir İrakli Kobaxidze: Rusiya ilə münaqişənin həlli Gürcüstanın ən mühüm prioritetlərindən biridir
  • 21:13

    Məhkəmə “Audia Nina” şirkəti ilə bağlı cərimə qərarı çıxarıb
  • 21:06

    Qaradağ və Nizami rayonları ərazisində qaz olmayacaq
Menyu