30 Noyabr 2023, 15:16
Dövlətə xəyanətdə ittiham olunan Aydın Zəkiyevə hökm oxundu
Dövlətə xəyanətdə ittiham olunan Aydın Zəkiyevə hökm oxundu şəkil
Dövlətə xəyanətdə ittiham olunan Aydın Zəkiyevə hökm oxundu

Dövlətə xəyanətdə ittiham olunan Aydın Zəkiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Operativ Media" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Aydın Zəkiyev 17 il 6 müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Aydın Zəkiyevin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ittihama görə, Aydın Zəkiyevin Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınıb.

Məlum olub ki, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun olaraq üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları düşmən tərəfə ötürmüş, ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanıb və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində göndərilən həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan xüsusi xidmət orqanına kömək edib.

Aydın Zəkiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar, bu Məcəllənin 281.1 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və digər maddələri ilə ittiham edilir.

Son xəbərlər
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək
"Əl-Hilal" Osimhenə illik 50 milyon avro təklif edib
İsraildə raket zərbələrindən zədələnən 22 bina dərhal söküləcək
İranın İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 16-ya çatıb
Klublararası DÇ: PSJ qalib gəldi, "Portu" heç-heçə etdi
İran İsrailin silah zavodunu vurub