http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Emin Əmrullayev: Qarabağ Universitetində 16 ixtisas tədris olunacaq

30 Noyabr 2023 , 16:44
Emin Əmrullayev: Qarabağ Universitetində 16 ixtisas tədris olunacaq

Qarabağ Universitetində 16 ixtisas tədris olunacaq.

"Operativ Media" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirilən brifinqdə söyləyib. Nazir bildirib ki, universitetdə ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, korreksiyaedici təlim, təhsildə sosial-psixoloji xidmət, informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, qida mühəndisliyi, şəhərsalma, inşaat mühəndisliyi, beynəlxalq münasibətlər, regionşünaslıq, tarix, kommunikasiya və rəqəmsal media, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə-marketinq, menecment, mühasibat, turizm işinin təşkili və turizm bələdçiliyi ixtisasları tədris olunacaq.

Tələbə qəbulu ilkin plana əsasən birinci kurs üzrə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları, ikinci kurs üzrə Elm və Təhsil Nazirliyinin “SABAH” qruplarına müsabiqə əsasında, ikinci və üçüncü kurs üzrə isə mübadilə proqramları və ya yerli universitetlər ilə ikili diplom proqramları ilə həyata keçiriləcək.

Emin Əmrullayev bildirib ki, Qarabağ Universiteti ilə bağlı həm Azərbaycanda olan, həm də Azərbaycandan kənarda yaşayan peşəkar alim və mütəxəssislər nazirliyə müraciət ediblər.

OXŞAR XƏBƏRLƏR
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Ağsuda qəbul keçirib

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Ağsuda qəbul keçirib

Yaponiyada boşanmadan sonra "ortaq qəyyumluq" qanunu qəbul edilib

Yaponiyada boşanmadan sonra "ortaq qəyyumluq" qanunu qəbul edilib

Azərbaycan vətəndaşları xarici banklardan kredit götürə bilərlər?

Azərbaycan vətəndaşları xarici banklardan kredit götürə bilərlər?

XƏBƏR LENTİ
  • 17:30

    Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub
  • 17:21

    Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib
  • 17:12

    13 ölkə İsrailin Rəfahdakı hərbi əməliyyatına qarşı çıxıb
  • 17:08

    Sahibə Qafarova BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru ilə görüşüb
  • 17:00

    MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb
  • 16:43

    Qanuni şəkildə taksi fəaliyyəti ilə məşğul olmaq üçün sürücüdə hansı sənədlər olmalıdır?
  • 16:39

    Baş prokuror Düşənbədə ikitərəfli görüşlər keçirib
  • 16:33

    "Fransanın Azərbaycanla bağlı apardığı siyasət müstəmləkəçilikdir" - Deputat
Menyu