Menyu

Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulmasına 17 milyon manat ayrılıb – SƏRƏNCAM

Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulmasına 17 milyon manat ayrılıb – SƏRƏNCAM

Prezident İlham Əliyev “Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

"Operativ Media" xəbər verir ki, Sərəncama əsasən, 80 kilometr uzunluğu olan Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 17 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Teqlər:

"Suqovu\u015fan\u2012S\u0259rs\u0259ng su anbar\u0131\u2012Qozluk\u00f6rp\u00fc\u2012K\u0259lb\u0259c\u0259r avtomobil yolunun yenid\u0259n qurulmas\u0131na 17 milyon manat ayr\u0131l\u0131b \u2013 S\u018fR\u018fNCAM"

Əlaqəli Xəbərlər