Meksikada keçirilən Gözəllik Müsabiqəsində ikinci yeri tutduqdan sonra çıxış etmək üçün səhnəyə çıxan 22 yaşlı iştirakçı Andrea Qranados Viktoru mikrofonu əlinə alan zaman elektrik cərəyanı vurub.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin açıq havada keçirilən yarışdan əvvəl yağış yağması və iştirakçının ayaqlarının açıq olması səbəbindən baş verdiyi bildirilib.