Menyu

YAP-ın prezident seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb

Nərmin Qocamanlı
YAP-ın prezident seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb

Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP Sədrinin müavini-Baş nazirinin müavini Əli Əhmədov səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınıb.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Teqlər:

"YAP-\u0131n prezident se\u00e7kil\u0259rind\u0259 s\u0259lahiyy\u0259tli n\u00fcmay\u0259nd\u0259l\u0259ri qeyd\u0259 al\u0131n\u0131b"

Əlaqəli Xəbərlər