Goranboyda qəbiristanlıqdan oğurluq edən şəxs saxlanıldı
Goranboyda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xınnalı kəndindəki qəbiristanlıqdan ümumi dəyəri 450 manat olan dəmir barmaqlıqları oğurlamaqda şübhəli bilinən rayon sakini Araz Qədimov saxlanılıb.
Maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilən A. Qədimov dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net