Hikmət Hacıyev Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlət başçısını doğum günü münasibətilə təbrik edib.
"Operativ Media" xəbər verir ki, H.Hacıyev bununla bağlı "X"də paylaşım edib.
"Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi səmimi qəlbdən doğum günü münasibətilə təbrik edirik!" - H.Hacıyev sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 62 yaşı tamam olur.
Teqlər:
"Hikm\u0259t Hac\u0131yev Prezident \u0130lham \u018fliyevi do\u011fum g\u00fcn\u00fc m\u00fcnasib\u0259til\u0259 t\u0259brik edib"