Şəhərsalma və tikinti fəaliyyəti üçün ödənişlər elektron qaydada həyata keçiriləcək.

admin
Şəhərsalma və tikinti fəaliyyəti üçün ödənişlər elektron qaydada həyata keçiriləcək.

Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemində ödənişlər elektron qaydada həyata keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”də əksini tapıb.

Fərmana əsasən, Əldə edilməsi qanunla məhdudlaşdırılan məlumatlar istisna olunmaqla, Sistemin məlumatlarından istifadə EHİS-ə inteqrasiya və elektron kabinet vasitəsilə təmin edilir.

Əldə edilməsi qanunla məhdudlaşdırılan məlumatlardan “İnformasiya əldə etmək haqqında”, “Məlumat azadlığı haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunları, o cümlədən Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada istifadə edilir.

Məhdudiyyət qoyulmayan məlumat istənilən şəxsə onun sorğusuna əsasən təqdim edilir.

Sistemə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə, sahib istifadəçinin Sistemdəki elektron kabinetə giriş hüquqlarını məhdudlaşdıra bilər.

Digər xəbərlər