Prezident seçkiləri ilə əlaqədar çap olunacaq seçki bülletenlərinin sayı açıqlanıb
Nərmin Qocamanlı
2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar 6 milyon 524 min 203 seçki bülleteni çap ediləcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov qurumun bugünkü iclasında məlumat verib.
Onun sözlərinə görə, seçki bülletenlərinin hazırlanması ilə bağlı bir sıra tədbirlər var: “Səsvermə gününə 35 gün qalmışa qədər səsvermə bülletenlərinin mətni, forması, sayı və qaydası hazırlanmalıdır. Seçki bülletenlərində namizədləri soyadı, adı, atasının adı əlifba sırası ilə göstərilir”.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma