http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qazi adından qanunları pozmaq üçün qalxan kimi istifadə edilməsi yolverilməzdir…

30 Dekabr 2023 , 16:44
Qazi adından qanunları pozmaq üçün qalxan kimi istifadə edilməsi yolverilməzdir…

Dünyada böyük təlatümlər, hərbi-siyasi qarşıdurmalarla müşayət edilən 2023-cü ili Azərbaycan bütün torpaqları üzərində suverenliyini tam bərpa edərək yola salır. İşğalın və separatçılığın bütün dünyanı ağuşuna aldığı 2023-cü ildə Azərbaycan Xankəndidə bayrağımızı ucaltmaqla illərdən bəri şərin, xəyanətin, erməni terrorizminin yuvasına çevilmiş separatizmi darmadağın etdi.

Əlbəttə ki, haqqın təntənəsi və ədalətin bərpası heç də asan başa gəlmədi. Azərbaycan xalqı bu tarixi qələbəni Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi liderliyi ilə öz qanı, canı bahasına əldə etdi və buna görə də onun qiyməti və dəyəri olduqca böyükdür.

Təsadüfi deyil ki, həm dövlətimiz, həm də qədirbilən xalqımız Vətən uğrunda döyüşlərdə Şəhidlik zirvəsinə ucalan, Qazi ünvanını qazanan qəhrəman oğullarımıza və ailələrinə böyük ehtiramla yanaşır. Prezident İlham Əliyev bütün çıxışlarına onların əməyinə yüksək qiymət verərək, tam şəkildə dövlət qayğısı ilə əhatələnməsi üçün göstərişlər verir.

44 günlük Vətən müharibəsindən sonra mövzusundan asılı olmayaraq, bütün tədbirlərdə Şəhid ailələri və qazilər ehtiramla yada salınır, onların fədakarlığı daim diqqət mərkəzində saxlanılır.

Şübəsiz ki, dövlətin Şəhid ailələri və qazilərə bu diqqət və qayğısı onlar tərəfindən də yüksək qiymətləndirilir.

Amma və lakin… Bəzən bütün bu diqqət və qayğının fonunda müəyyən şəxslərin Qazi adına adekvat olmayan, Azərbaycanın hüquqi dövlət olduğunu unudaraq şantaj və hədə-qorxu yolunu tutan davranışları təəssüf doğurmaya bilmir. O həddə ki, hətta qəhrəman qazilərimizin özü də bu şəxslərin davranışlardan ciddi şəkildə narahat olur və daşıdıqları müqəddəs addan bu şəkildə istifadənin yolverilməz olduğunu qeyd edirlər.

Bərdə rayon sakini Calahani Fəxri Firdovsi oğlunun davranışları da bu xüsusda diqqət çəkir.

O müxtəlif çıxışlar edərək SOCAR-a işə götürülməməsindən narazılıq edir. Minimum ali təhsili olmayan Calahani Fəxri zorla Azərbaycanın dünya brendinə çevrilmiş, işə qəbul üçün dünyanın nüfuzlu universitetlərini bitirən, müxtəlif dillər bilən şəxslər arasında ciddi rəqabətin yaşandığı SOCAR-da işə qəbul olmaq istəyir.

Dəfələrlə SOCAR-ın müvafiq rəsmi şəxsləri tərəfindən ehtiramla qəbul edilərək, SOCAR-ın strateji və spesifik bir qurum olduğu, burada işləmək üçün yüksək texniki biliklərin tələb edilməsi izah olunmasına baxmayaraq, Bərdə rayon sakini Calahani Fəxri Qazi olmasını əsas gətirərək fikrindən dönmür.

Hüquqi dövlətdə belə yanaşmaların doğru və keçərli olmadığını anlayanda isə media və sosial şəbəkələr üzərindən təhdid və şantajlara əl atır.

Maddi vəziyyətinin çıxılmaz olduğunu deyən bu şəxs nədənsə 1 dekabr 2022-ci ildən aylıq prezident təqaüdü aldığını, məşğulluq proqramının “Avtomobil şinlərinin təmiri və bərpası” zərfi üzrə avadanlıqla təmin olunduğunu ümumiyyətlə dilə gətirmir…

Ümumiyyətlə, Bərdə rayon sakini Calahani Fəxrinin timalında bəzi şəxslərin Qazi adını alver predmetinə çevirməsi, dövlətin qanunlarını, sadə vətəndaşların hüquqlarını pozarkən qalxan kimi istifadə etməsi həm xalqımızı, həm də canını bu Vətən uğrunda təmənnsız şəkildə fəda edən qəhrəman oğullarımızı ciddi şəkildə incidir və narahat edir…

Fərid Şahbazlı

OXŞAR XƏBƏRLƏR
Cəlilabadın 3 kəndində qaz təchizatında məhdudiyyət olacaq

Cəlilabadın 3 kəndində qaz təchizatında məhdudiyyət olacaq

Bakıda qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs olunub

Bakıda qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs olunub

Rus bölməsi üzrə siniflərin sayının artması  Azərbaycan dilinin inkişafına necə təsir edir?

Rus bölməsi üzrə siniflərin sayının artması Azərbaycan dilinin inkişafına necə təsir edir?

XƏBƏR LENTİ
  • 09:48

    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
  • 09:46

    Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
  • 09:44

    Bu gün Sabunçu, Xəzər rayonları və Sumqayıtda qaz təchizatında fasilə yaranacaq
  • 09:32

    Braziliyada daşqın nəticəsində ölənlərin sayı 150-yə çatıb
  • 09:30

    İraqın şimalında hücum hazırlığında olan terrorçular zərərsizləşdirilib
  • 09:28

    Mbappe "Real Madrid"dən 100 milyon avro mükafat alacaq
  • 09:23

    Azərbaycan Ordusunun hərbçisi vəfat edib
  • 09:15

    Azərbaycan nefti bahalaşıb
Menyu