Menyu

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılıb

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılıb

Azərbaycanın İnterpol xətti ilə axtardığı şəxs Türkiyədə saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat yayıb.

Nazir qeyd edib ki, "QƏFƏS-28” əməliyyatı çərçivəsində 18 ölkənin İnterpol xətti ilə qırmızı bülletenlə beynəlxalq axtarışa verdiyi 56 nəfər saxlanılıb: “ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Mərakeş, Fələstin, Hindistan, İsrail, İran, Qətər, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniya tərəfindən qırmızı bülletenlə axtarışla olan şəxslərə Türkiyənin 11 bölgəsində əməliyyatlar keçirilib. Onlar çirkli pulların yuyulması, immiqrant qaçaqmalçılığı, narkotik ticarəti, rüşvət, insan alveri, oğurluq, dələduzluq və s. cinayət əməllərinə görə axtarışda olub”.

Teqlər:

"Az\u0259rbaycan\u0131n beyn\u0259lxalq axtar\u0131\u015fa verdiyi \u015f\u0259xs T\u00fcrkiy\u0259d\u0259 saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər